"Qiymətli kağızlar bazarı haqqında" qanuna yeni anlayışlar əlavə olunur

"Qiymətli kağızlar bazarı haqqında" qanuna yeni anlayışlar əlavə olunur "Qiymətli kağızlar bazarı haqqında" qanuna yeni anlayışların əlavə edilməsi təklif olunur.
Milli Məclis
9 İyun , 2023 13:16
Qiymətli kağızlar bazarı haqqında qanuna yeni anlayışlar əlavə olunur

"Qiymətli kağızlar bazarı haqqında" qanuna yeni anlayışların əlavə edilməsi təklif olunur.

"Report"un xəbərinə görə, bununla bağlı həmin qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

Sənədə əsasən, həmin yeni anlayışlar aşağıdakılardır:

- digər ticarət sistemi – Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi və fond birjasından kənarda qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə ticarətin təşkil olunduğu sistem; ​​​​​

- məqbul və lazımi keyfiyyətlər – vətəndaş qüsursuzluğu, ictimai mövqeyinə görə vicdanlı və etimada layiqolma, habelə bu Qanunla nəzərdə tutulmuş hüquqları əldə etməyə imkan verən peşəkarlıq, təcrübə və işgüzar nüfuz.

Son xəbərlər

Orphus sistemi