Yuxarı

Milli Məclisin plenar iclası başlayıb

© Report

Bakı. 5 mart. REPORT.AZ/ Milli Məclisin plenar iclası başlayıb.

“Report” xəbər verir ki, Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 18 məsələ daxildir.

İclasda əvvəlcə Azərbaycanın İnsan Hüquqları Müvəkkili Elmira Süleymanovanın 2018-ci il üzrə illik məruzəsi dinləniləcək.

İllik məruzədə dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpası, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, habelə insan hüquqlarının təmin edilməsi sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri, onun dövlət qurumları, ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin insan hüquq və azadlıqlarının daha etibarlı təmin edilməsinə yönəlmiş təklif və tövsiyələri öz əksini tapıb.

Deputatlar həmçinin "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında", "Pasportlar haqqında", "Gənclər siyasəti haqqında" (üçüncü oxunuş) və s. qanunlara, o cümlədən Torpaq, Şəhərsalma və Tikinti, Cinayət, İnzibati Xətalar məcəllələrinə təklif olunan dəyişiklik layihələrinə baxacaqlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi