"Paris meriyasının artıq mövcud olmayan hansısa Dağlıq Qarabağ adlı nəyisə tanımaq həvəsinə düşməsi gecikmiş və puç olmuş siyasi romantizmdən başqa bir şey deyil. Görünür kimlərsə yeni avtoritar populizm lazımdır və konkret halda Fransa paytaxtının meri Enn İdalqo bununla məşğuldur .Əslində onu bu cür qeyri qanuni addımalra təşviq edən də erməni lobbisi və Fransada olan ermənipərəstlərdir".
"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, Paris şurası 163 nəfərdən ibarətdir:
"Şura şəhər merini və onun 40 müavinini seçir. Hazırda isə Fransa prezidenti E.Makronun yaratdığı və rəhbərlik etdiyi İrəli Fransa Partiyası Şurada geniş şəkildə təmsil olunur. Ona görə də belə düşünməyə əsasımız var ki, bu məsələ sadəcə Paris meriyasının deyil, həm də sentyabr ayının 27-dən bəri Azərbaycanın beynəlxalq hüquqa söykənən haqq işinə qarşı təxribatçı fikirlər səsləndirən bəzi fransız rəsmilərin də təşəbbüsüdür. Bundan başqa, mer Ann İdalqonun Fransa erməniləri ilə sıx əlaqələri var. Hətta onun müavinlərindən biri erməni əsilli Anuş Toronyandır. Anuş Toronyan isə fransız ermənilərinin təşkilatı CCAF-ın rəhbəri Ara Toronyanın qızıdır. Bu fakt özlüyündə Paris meriyasının atmaq istədiyi qeyri-qanuni addımın kökündə nələrin dayandığını yaxşı izah edir. Ancaq bu da məsələnin hamısı deyil. Hələ 2015-2018-ci illərdə Parisin meri Anna İdalqo Ermənistan prezidenti Serj Sarqsyanla 4 dəfə görüşüb. Ann İdalqo Ermənistanda yaradılmış TUMO Center for Creative Technologies mərkəzinin Paris bölməsinin açılışında iştirak edib və hərtərəfli dəstək göstərib. TUMO-nun Xankəndində də ofisi olub. Bütün bunlar erməni lobbisinin davamlı səyəri nəticəsində baş tutub. Ona görə də Paris merisyası hazırda belə spekuliyativ hərəkətlər edir. Ancaq Paris kimi böyük bir şəhər meriyasının maraqları, ya da elə fransız xalqının maraqları bir qrup erməninin girovuna çevirilə bilməz, çevirilməməlidir. Bu təşəbbüsə dəstək verənlər sonda ya peşiman olmağa, ya da geriya addım atmağa məhkumdurlar" .