Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının sədri Azərbaycana gəlib

Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının sədri Azərbaycana gəlib Mayın 15-də Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilovun başçılıq etdiyi parlament nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.
Milli Məclis
15 May , 2022 07:26
Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının sədri Azərbaycana gəlib

Mayın 15-də Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilovun başçılıq etdiyi parlament nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında Özbəkistan parlament nümayəndə heyətini Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov, hər iki ölkənin səfirləri Hüseyn Quliyev, Bahrom Aşrafxanov və digər rəsmi şəxslər qarsalayıblar.

Səfər çərçivəsində Özbəkistan nümayəndə heyəti ölkəmizdə bir sıra rəsmi görüşlər keçirəcək, İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak edəcək.

Səfər mayın 19-da başa çatacaq.

Son xəbərlər

Orphus sistemi