Ötən il işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb

Ötən il işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb “Ötən il işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinə 98 milyon manata yaxın vəsait xərclənib”.
Milli Məclis
25 May , 2022 11:43
Ötən il işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb

“Ötən il işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinə 98 milyon manata yaxın vəsait xərclənib”.

“Report”un xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, ötən il 2021-ci ildə dövlət büdcəsindən Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərin partlamamış hərbi sursat və minalardan təmizlənməsi işlərinin yerinə yetirilməsi üçün 105,8 milyon manat (işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üzrə xərclərdə 97,6 milyon manat məbləğində vəsait də nəzərə alınmaqla) vəsait xərclənib.

Son xəbərlər

Orphus sistemi