Yuxarı

Deputat: "Onkoloji xəstəliklərin müalicəsi ilə bağlı maliyyə problemləri var"

Onkoloji xəstəliklərin müalicəsi ilə bağlı maliyyə problemləri var

“Onkoloji xəstəliklərin müalicəsi ilə bağlı maliyyə problemləri var. Onkoloji xidmətlə bağlı məsələyə yenidən baxılmalıdır, maliyyə vəsaiti artırılmalıdır”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında komitənin sədr müavini Musa Quliyev deyib.

O bildirib ki, bu xəstəliklərin müalicəsi üçün dərman vasitələri çox bahadır, bu da əlavə vəsait tələb edir.

“Spesifik onkoloji dərmanların müalicəsi üçün lazım olan dərman vasitələrinin apteklərdə satışı qadağan edilib. Qanunsuz halların qarşısını almaq üçün həmin dərmanların apteklərdə satışına icazə verilsə, yaxşı olar. Belə olan halda, buna nəzarət imkanımız artar” - deputat qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi