Onkologiya, narkologiya, psixatriya üzrə həkimlərin əməkhaqqının artırılması ilə bağlı layihə hazırlanaraq dövlətə təqdim olunub.
“Report” xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov deyib.
“Bu istiqamətlərdə regionlardan olan xəstəxanalara həkim təyinatı kifayət qədər ciddi problemdir. Bu baxımdan onların əməkhaqqılarının reallığa uyğunlaşdırılması üçün layihə hazırlanaraq dövlətə təqdim olunub”, - deyə Rasim İsmayılov qeyd edib.
Nazir müavini, həmçinin vurğulayıb ki, tibb universitetlərinin klinikalarında işləyən həkimlərin əməkhaqqlarından vergitutulmaları ilə bağlı layihə hazırlanıb hökumətə təqdim olunub:
“Bu, kifayət qədər ciddi məsələdir. Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyindən xahiş edirik ki, bu məsələyə xüsusi həssaslıqla yanaşsınlar. Səbəb nədir? Çünki özəl və dövlət müəssisələrində çalışan tibb işçilərinin əməkhaqqlarında vergitutmalarında fərq var. Bu da Tibb Universitetinin 4 klinikası, həmçinin Bakı Sağlamlıq Mərkəzində olan təcrübəli, səriştəli həkimlərin özəl klinikalara axınına səbəb olur”