Bakı. 2 oktyabr. REPORT.AZ/ “Televiziya kanallarında ümumi ictimai-siyasi verilişlər ola bilər, amma hansısa deputatlığa namizədin təbliğatı aparılmamalıdır. Yəni, təşviqat kampaniyası qanunvericilikdə qeyd edildiyi kimi olmalıdı, burada müddət müəyyən olunub”.
“Report”un məlumatına görə, bunu MTRŞ sədri
O bildirib ki, bəzən ayrı-ayrı televiziya kanallarında deputatlığa namizədlərin təbliğatını şouya çevirirlər: “Belə olmamalıdır. Biz bu məsələləri diqqətdə saxlayırıq. Hansısa kanal prosesdən kənar da qala bilər, bu məsələdə onları məcbur edə bilməz”.
N.Məhərəmmli deyib ki, Azərbaycan mühüm ictimai-siyasi mərhələnin astanasındadır: “Burada medianın, xüsusilə elektron medianın rolu böyükdür. Bir seçkidən digərinə uğurla gedirik. Ümumilikdə çalışırıq ki, seçki prosesində hər şey qaydasında olsun”.