Milli Məclisin vitse-spikeri vətəndaşlara müraciət etdi

Milli Məclisin vitse-spikeri vətəndaşlara müraciət etdi “Bütün vətəndaşlarımızı dövlətin rəsmi qərarlarını əməl etməyə dəvət edirəm. Hesab edirəm ki, əgər biz karantin vəziyyətinin aylarla uzanmasını istəmiriksə, bu günə qədər pandemiyadan canını tapşıranlarla kifayətlənmək istəyiriksə, onda hamılıqla “evdə qal” kampaniyasına qoşulmalıyıq. Sosial təcridetmənin, virusun qarşısını almaq üçün cəmiyyəti, insanları xilas etmək üçün ən doğru yollardan biri olduğunu nəzərə almalıyıq və əməl etməliyik”.
Milli Məclis
2614
31 Mart , 2020 23:17
Milli Məclisin vitse-spikeri vətəndaşlara müraciət etdi
Milli Məclisin vitse-spikeri Adil Əliyev / Report

“Bütün vətəndaşlarımızı dövlətin rəsmi qərarlarını əməl etməyə dəvət edirəm. Hesab edirəm ki, əgər biz karantin vəziyyətinin aylarla uzanmasını istəmiriksə, bu günə qədər pandemiyadan canını tapşıranlarla kifayətlənmək istəyiriksə, onda hamılıqla “evdə qal” kampaniyasına qoşulmalıyıq. Sosial təcridetmənin, virusun qarşısını almaq üçün cəmiyyəti, insanları xilas etmək üçün ən doğru yollardan biri olduğunu nəzərə almalıyıq və əməl etməliyik”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin vitse-spikeri Adil Əliyev özünün “Facebook” səhifəsində yazıb.

Vitse-spiker bəzi insanların buna hələ də məsuliyyətsiz münasibət bəsləmələrinə təəssüf edib: “Hamımız dərk edirik ki, kasıb, az təminatlı, işləməyən insanlarla bağlı problemlər var və bu problemlər dövlətimizin, hökumətimizin nəzarətindədir. Sosial paketlər hazırlanıb paylanana qədər imkanlı şəxslər, iş adamları insanlarımızın yanında olmalıdır. Onlara maddi mənəvi dəstək verməlidirlər”.

Son xəbərlər

Orphus sistemi