Sabah Milli Məclisin növbəti plenar iclası keçiriləcək

Sabah Milli Məclisin növbəti plenar iclası keçiriləcək
Milli Məclis
27324
11 Fevral , 2019 13:22
Sabah Milli Məclisin növbəti plenar iclası keçiriləcək
Report

Bakı. 11 fevral. REPORT.AZ/ Sabah – fevralın 12-də Azərbaycan Milli Məclisinin növbəti plenar iclası keçiriləcək.

“Report” xəbər verir ki, iclasın gündəliyinə 32 məsələ daxildir. İclasda əvvəlcə bələdiyyələrlə bağlı illik məruzə dinləniləcək.

Gündəliyə daxil edilən digər məsələlər isə "Hərbi vəzifə və hərbi xidmət haqqında”, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Milli Məclisin komitələri haqqında”, “Gənclər siyasəti haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Azərbaycan Respublikasının konsul Nizamnaməsi”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”, “Valyuta tənzimi haqqında” qanunlarına, o cümlədən Cəzaların İcrası, İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihələridir.

Bundan başqa, deputat “Azərbaycan Respublikasının Dövlət Gerbinin istifadə qaydası haqqında”, “Azərbaycan Respublikasının Dövlət Himninin istifadə qaydası haqqında” qanun layihələrinə də (ikinci oxunuşda) müzakirə edəcəklər.