Milli Məclisdə Siyavuş Novruzov razılaşdırılmamış mitinq məsələsini qaldırıb

Milli Məclisdə Siyavuş Novruzov razılaşdırılmamış mitinq məsələsini qaldırıb “Oktyabrın 19-da Bakının mərkəzində mitinqə cəhd olub. Bu, qeyri-qanuni addımdır. Bir qrup Azərbaycanı istəməyən, xalqın, dövlətin əleyhinə erməni lobbisi ilə əlbir olanlar ölkəmizdə sabitliyi pozmağa cəhd etdilər, xalq-iqtidar birliyinə xələl gətirməyə çalışdılar”.
Milli Məclis
22 Oktyabr , 2019 12:09
Milli Məclisdə Siyavuş Novruzov razılaşdırılmamış mitinq məsələsini qaldırıb

“Oktyabrın 19-da Bakının mərkəzində mitinqə cəhd olub. Bu, qeyri-qanuni addımdır. Bir qrup Azərbaycanı istəməyən, xalqın, dövlətin əleyhinə erməni lobbisi ilə əlbir olanlar ölkəmizdə sabitliyi pozmağa cəhd etdilər, xalq-iqtidar birliyinə xələl gətirməyə çalışdılar”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov deputatları bu məsələyə münasibət bildirməyə, mövqelərini ortaya qoymağa çağırıb: “Hüquq-mühafizə orqanları bu mitinqlə bağlı araşdırma aparmalıdır. Hər kəs mövqeyini ortaya qoymalıdır...”.

Son xəbərlər

Orphus sistemi