Milli Məclisdə Rusiyanın hakim partiyasının gənclər təşkilatının nümayəndələri ilə görüş olub

Milli Məclisdə Rusiyanın hakim partiyasının gənclər təşkilatının nümayəndələri ilə görüş olub Bakı. 28 sentyabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisində Rusiya Federasiyasının hakim partiyasının gənclər təşkilatı olan “Vahid Rusiya Gənclər Qvardiya”sı Ümumrusiya İctimai Təşkilatının nümayəndələri ilə görüş keçirilib.
Milli Məclis
28 Sentyabr , 2018 14:50
Milli Məclisdə Rusiyanın hakim partiyasının gənclər təşkilatının nümayəndələri ilə görüş olub
Report
0 : 00
0 : 00

Bakı. 28 sentyabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisində Rusiya Federasiyasının hakim partiyasının gənclər təşkilatı olan “Vahid Rusiya Gənclər Qvardiya”sı Ümumrusiya İctimai Təşkilatının nümayəndələri ilə görüş keçirilib.

“Report”un xəbərinə görə, görüşdə Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli, Azərbaycandakı Rus İcmasının rəhbəri, deputat Mixail Zabelin, həmçinin deputat Aydın Mirzəzadə, Sevinc Hüseynova və digər deputatlar iştirak ediblər.

Görüşü giriş sözü ilə açan Ə.Hüseynli Azərbaycan ilə Rusiya arasında mövcud olan əlaqələrdən danışıb. İki ölkə arsında yüksək səviyyəki əməkdaşlığın olduğunu qeyd edən Ə.Hüseynli bildirib ki, iki ölkənin parlamentləri arasında da sıx əlaqələr mövcuddur, qanunvericilik sahəsində səmərəli təcrübə mübadiləsi aparılır. O bildirib ki, hər iki ölkənin parlamentlərində gənclər də təmsil olunur və Azərbaycan ilə Rusiya gəncləri arasında əməkdaşlığın inkişaf etdirilməsi və bu cür səfərlərin təşkili çox müsbət haldır.

Daha sonra çıxıç edən M.Zabelin sentyabrın 27-də IX Azərbaycan-Rusiya Regionlararası Forumun keçirilməsini, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfərini xatırladaraq bildirib ki, xüsusilə son dövrlərdə Azərbaycan ilə Rusiya arasında münasibətlər çox uğurla inkişaf edir, eyni zamnda iki ölkənin gənclər təşkilatları arasında əlaqələr müsbət dinamika ilə gedir.

M.Zabelin bildirib ki, Azərbaycan multukultral, tolerant ölkədir. Azərbaycanda böyük rus icmasının yaşadığını qeyd edən M.Zabelin deyib ki, Azərbaycanda rus dili, mədəniyyəti bu gün də qorunub-saxlanır: “Qonşu ölkələrlə müqayisədə Azərbaycanda rus dilinə və mədəniyyətinə daha böyük diqqət göstərilir. Rus mədəniyyətini, rus dilini saxlamaqla Azərbaycan suverenliyini, müstəqilliyini itirmir. Ulu öndər Heydər Əliyev də bildirmişdi ki, Azərbaycan gəncləri nə qədər çox dil bilsələr bir o qədər yaxşıdır”.

O qeyd edib ki, Azərbaycanda sovet dövründə mövcud olan rusdilli məktəblər bu gün də fəaliyyət göstərir, hər bir insan rus dilində təhsil almaq imkanına malikdir.

Görüşdə çıxış edən deputat A.Mirzəzadə bildirib ki, Azərbaycanla Rusiya arasında mehriban qonşuluq əlaqələri mövcuddur.

Digər deputatlar da iki ölkə arasında yüksək əməkdaşlığın mövcud olduğunu və bu cür səfərlərin əlaqələrin inkişafına mühüm töhfə verdiyini qeyd ediblər.

Qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin üzvü Barıyev Dinar Railoviç Azərbaycana səfərdən məmmun olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan ilə Rusiya gəncləri arasında dostluq münasibətləri daim inkişaf edir: “Bizim dostluq əlaqələrimiz daim inkişaf edir. Gələcəkdə də azərbaycanlı gəncləri Rusiyaya dəvət etmək niyyətindəyik”.

Son xəbərlər

Orphus sistemi