Milli Məclisdə “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda tədbir keçirilib
Milli Məclisdə “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda tədbir keçirilibMilli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda tədbir keçirilib.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda tədbir keçirilib.
“Report” xəbər verir ki, iclasda deputatlarla yanaşı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın İdarə Heyətinin üzvləri də iştirak ediblər.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxış edərək deyib ki, Prezident İlham Əliyevin "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışında səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsi, MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən zirvə görüşündəki çıxışı diqqət mərkəzində olmalıdır. O bildirib ki, hər kəs milli maraqlar uğrunda birləşməli, Prezidentə dəstək verməlidir.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın İdarə Heyətinin sədri Tural Gəncəliyev, sədr müavini Asif Cahangirov, İdarə Heyətinin üzvləri Fərhad Bədəlbəyli, Elçin Əhmədov, Bayram Səfərov, Eyvaz Hüseynov, Kamal Abdulla, Rövşən Rzayev, o cümlədən deputat Tahir Mirkişili, Nəsib Məhəməliyev, Bəxtiyar Əliyev, Elman Məmmədov, Aqil Abbas, Araz Əlizadə, Qənirə Paşayeva, Elman Nəsirov, Flora Qasımova çıxışlarında Prezidentin qətiyyətli çıxışı ilə bağlı söz açıblar. Onlar bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.