"2021-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi MM-in plenar iclasına tövsiyə olunub

"2021-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi MM-in plenar iclasına tövsiyə olunub Milli Məclisdə "2021-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.
Milli Məclis
25 May , 2022 13:34
2021-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsi MM-in plenar iclasına tövsiyə olunub

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2021-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirə olunub.

"Report"un xəbərinə görə, müzakirələrdə maliyyə naziri Samir Şərifov, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və deputatlar iştirak ediblər.

Sonda qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.

11:00

Milli Məclisdə "2021-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

"Report"un xəbərinə görə, bununla bağlı məsələ parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

İclasda Milli Məclisin deputatları, Maliyyə Nazirliyi və Hesablama Palatasının nümayəndələri iştirak edirlər.

Sənəd barədə toplantı iştirakçılarına komitə sədri Tahir Mirkişili məlumat verir.

Son xəbərlər

Orphus sistemi