Milli Məclis “İnzibati İcraat haqqında” qanuna dəyişiklik edib

Milli Məclis “İnzibati İcraat haqqında” qanuna dəyişiklik edib Bakı. 5 oktyabr. REPORT.AZ/ Milli Məclisin bu gün keçirilən plenar iclasında “İnzibati İcraat haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Milli Məclis
5 Oktyabr , 2018 16:40
Milli Məclis “İnzibati İcraat haqqında” qanuna dəyişiklik edib

Bakı. 5 oktyabr. REPORT.AZ/ Milli Məclisin bu gün keçirilən plenar iclasında “İnzibati İcraat haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

“Report” xəbər verir ki, qanunun 4-cü (Aidiyyət) maddəsinin 3-cü bəndinə əsasən, inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. Dəyişikliklə bəndə yeni cümlə əlavə edilir: "Bu maddə dövlət və bələdiyyə əmlakının istifadəyə, icarəyə və mülkiyyətə verilməsi ilə əlaqədar qəbul edilən inzibati aktların məhkəmələrdə mübahisələndirilməsi hallarına şamil edilmir".

Bildirilib ki, bir sıra hallarda Əmək Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət və bələdiyyə torpaqlarının istifadəyə, icarəyə və mülkiyyətə verilməsi ilə əlaqədar rayon (şəhər) İcra Hakimiyyəti başçılarının sərəncamlarının mübahisələndirilməsi ilə bağlı qaldırılan iddialara məhkəmələr tərəfindən inzibati orqanlar arasında aidiyyət və səlahiyyətlərlə bağlı mübahisə olması əsası ilə baxılmır. Tədqim edilən layihə həmin problemin aradan qaldırılması üçün hazırlanıb.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi