Məclisin deputatları AŞPA-nın komitələrinin iclaslarında iştirak edəcəklər

Məclisin deputatları AŞPA-nın komitələrinin iclaslarında iştirak edəcəklər Bakı. 6 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin (MM) Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Sabir Hacıyev AŞPA-nın komitələrinin iclaslarında iştirak etmək üçün dekabrın 10-dan 15-dək Fransaya səfər edəcəklər.
Milli Məclis
6 Dekabr , 2018 10:44
Məclisin deputatları AŞPA-nın komitələrinin iclaslarında iştirak edəcəklər
Milli Məclis / Report

Bakı. 6 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin (MM) Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Sabir Hacıyev AŞPA-nın komitələrinin iclaslarında iştirak etmək üçün dekabrın 10-dan 15-dək Fransaya səfər edəcəklər.

MM-in Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Parisdə keçiriləcək Siyasi işlər və demokratiya, Hüquqi işlər və insan haqları komitələrinin iclaslarında quruma üzv dövlətlərdə terrorizmə qarşı mübarizə, gender bərabərliyi üzrə dünya demokratik forumuna hazırlıq, demokratik seçki prosesi zamanı media azadlığının prinsipləri, referendum keçirilməsi sahəsində yeniliklər, təşkilatda prosedur qaydalardan sui-istifadə hallarının aradan qaldırılması və ekstradisiya şərtləri, üzv dövlətlərdə QHT-lərin fəaliyyəti və digər məsələlər müzakirə ediləcək.

Milli Məclisin deputatları müzakirə olunacaq məsələlərə münasibətlərini bildirəcəklər.

Son xəbərlər

Orphus sistemi