Komitə sədri parlamentdə əlilliklə bağlı xüsusi iclasın keçirilməsini təklif edib

Komitə sədri parlamentdə əlilliklə bağlı xüsusi iclasın keçirilməsini təklif edib “Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin özü şəxsən Milli Məclisə gəlsin və suallara aydınlıq gətirsin”.
Milli Məclis
305
11 İyun , 2021 13:28
Komitə sədri parlamentdə əlilliklə bağlı xüsusi iclasın keçirilməsini təklif edib
Report

“Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin özü şəxsən Milli Məclisə gəlsin və suallara aydınlıq gətirsin”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin bu gün keçirilən iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik layihəsinin II oxunuşda müzakirəsi zamanı deyib.

“Nazirliklə birlikdə bu qanun layihəsinin üzərində iş getməlidir. Deputatlara isə sənədlər paket şəklində paylanılsın. Keçmiş nazir Səlim Müslümovun vaxtında da pensiya ilə bağlı qanun layihəsini qəbul etdik. Hələ də həmin qanunun altını çəkirik. Təklif edirəm ki, Milli Məclisdə də bununla bağlı bir komissiya yaradılsın. Bu çox ciddi qanun layihəsidir” - deputat vurğulayıb.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, gələn həftə Milli Məclisin ən böyük iclas zalında bu qanunun III oxunuşda müzakirəsi təşkil edilsin: “Həmin iclasda aiddiyyatı nazirliyin nümayəndələri, hökumət üzvləri iştirak etsinlər. Yaranmış suallara da orada aydınlıq gətirilsin”.

Son xəbərlər

Orphus sistemi