Komitə sədri: "Həkimlərin qida əlavələrini müalicə kursunun içərisində yazmaları tamamilə yanlışdır"

Komitə sədri: "Həkimlərin qida əlavələrini müalicə kursunun içərisində yazmaları tamamilə yanlışdır" "Həkimlərin qida əlavələrini müalicə kursunun içərisində digər dərmanlarla yanaşı reseptdə yazmaları tamamilə yanlışdır".
Milli Məclis
20 İyun , 2023 13:01
Komitə sədri: Həkimlərin qida əlavələrini müalicə kursunun içərisində yazmaları tamamilə yanlışdır

"Həkimlərin qida əlavələrini müalicə kursunun içərisində digər dərmanlarla yanaşı reseptdə yazmaları tamamilə yanlışdır".

“Report” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O, buna ciddi nəzarət olunmasının vacibliyini vurğulayıb:

“İnanıram ki, “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişiklərdən sonra qida əlavələrinin dərman kimi yazılması təcrübəsindən əl çəkiləcək. Bu, çox zərərli adətdir”.

Ə.Əmiraslonov həmçinin əlavə edib ki, Azərbaycanda dərman qiymətləri optimallaşdırılmalıdır: “Azərbaycanda dərman vasitələrinin qiyməti bahadır. Bunun üçün digər ölkələrdə olan dərman qiymətlərinə diqqət etmək lazımdır. Tarif Şurası qiymətləri tənzimləyərkən bunu nəzərə almalıdır”.

Son xəbərlər

Orphus sistemi