Bakı. 28 yanvar. REPORT.AZ/ Azərbaycanda məcburi nüsxələrin elektron variantları da kitabxanalara təqdim ediləcək.
“Report” xəbər verir ki, bununla bağlı “Kitabxana işi haqqında” qanunun 15-ci (Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı) maddəsinə dəyişiklik edilir.
Sənədə əsasən, dövlət vəqeyri-dövlət nəşriyyatları, nəşriyyat fəaliyyəti ilə məşğul olan poliqrafiya müəssisələri və digər hüquqi şəxslər (qəzet və jurnal redaksiyaları istisna olmaqla) buraxdığı çap məhsullarının:
1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın kitabxanasına 3 pulsuz məcburi nüsxəsini,
2. profilinə uyğun olaraq,
Azərbaycanda nəşr olunan bütün qəzet və jurnal redaksiyaları buraxdığı qəzet və jurnalların 2 pulsuz məcburi nüsxəsini kitabxanaya göndərməlidir.
Sifarişçi ilə nəşriyyar arasında bağlanmış müqavilədə nəzərdə tutulduğu halda bu məcburi nüsxələrin elektron variantları da kitabxanalara təqdim edilməlidir.
Kitabxanaların pulsuz məcburi nüsxələrlə (o cümlədən onların elektron variantları ilə) təchizat qaydası müvafiq icra hakimyyəti orqanı tərəfindən müəyyən edilir.
Kitabxana fondunun tərkibinə daxil olan obyektlərdən istifadə qanunun tələblərinə uyğun olaraq həyata keçirilir.
Bildirilib ki, təklif olunan dəyişiklik kitabxanaların elektron sistemə keçirilməsi məqsədi daşıyır.
Layihə Milli Məclisin yaz sessiyasının fevralın 1-də keçiriləcək ilk plenar iclasında müzakirəyə çıxarılacaq.