İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun baş ofisi İstanbulda yerləşəcək

İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun baş ofisi İstanbulda yerləşəcək İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMİC) baş ofisi İstanbul şəhərində yerləşəcək.
Milli Məclis
23 Sentyabr , 2022 11:58
İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun baş ofisi İstanbulda yerləşəcək

İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMİC) baş ofisi İstanbul şəhərində yerləşəcək.

"Report"un xəbərinə görə, bununla bağlı “İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMİC) Əsasnaməsi”nin təsdiq edilməsi haqqında qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Bildirilib ki, İslam Əməkdaşlıq Təşkilatının tərkib hissələrindən biri olan bu İnstitutun əsas məqsədləri üzv dövlətlərin standartları həyata keçirməsinə səy göstərmək və standartlaşmada əhatə olunan məhsullar, proses və sistemlərlə əlaqədar yarana biləcək maneələri aradan qaldırmaq, standartlaşma və metrologiya sahəsində üzv dövlətlərin personalı üçün toplanmış informasiya və təcrübə mübadiləsi üçün imkanlar yaratmaqdır.

Son xəbərlər

Orphus sistemi