Elman Nəsirov “Sosial şəbəkələr haqqında” qanun layihəsinin hazırlanmasını təklif edib

Elman Nəsirov “Sosial şəbəkələr haqqında” qanun layihəsinin hazırlanmasını təklif edib Deputat Elman Nəsirov “Sosial şəbəkələr haqqında” qanun layihəsinin hazırlanmasını təklif edib.
Milli Məclis
21 Sentyabr , 2022 12:28
Elman Nəsirov “Sosial şəbəkələr haqqında” qanun layihəsinin hazırlanmasını təklif edib
Elman Nəsirov

Deputat Elman Nəsirov “Sosial şəbəkələr haqqında” qanun layihəsinin hazırlanmasını təklif edib.

“Report” xəbər verir ki, bu təkliflə E.Nəsirov Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında çıxış edib.

O qeyd edib ki, sosial şəbəkədə insanları təhqir edib böhtan atırlar:

“Bu da onu deməyə əsas verir ki, sosial şəbəkə cəngəllik qanunları ilə idarə olunur, insanlar təhqir olunur, böhtan atılır. Bütün bunları nəzərə alaraq “Sosial şəbəkələr haqqında” qanun layihəsinin hazırlanmasına başlamalıyıq”.

Son xəbərlər

Orphus sistemi