“Ələt iqtisadi zonası haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

“Ələt iqtisadi zonası haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub "Kənardan inzibati müdaxilələr edilməyəcək"
Milli Məclis
24 Yanvar , 2018 15:41
“Ələt iqtisadi zonası haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub
Report

Bakı. 24 yanvar. REPORT.AZ/ Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin və Təbii ehtiyyatlar, energetika və ekologiya komitəsinin birgə iclası keçirilib.

“Report”un xəbərinə görə, iclasda parlamentin vitse-spikeri, MM-in Təbii ehtiyyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərovun rəhbərliyi ilə hazırlanan “Ələt iqtisadi zonası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov “Report”a deyib ki, qanun layihəsi mükəmməldir. O bildirib ki, bu, Ələtdə azad iqtisadi zonanın yaradılması ilə bağlıdır: “Qanun layihəsi dünya təcrübəsinə əsaslanır. Azərbaycanda son zamanlar aparılan iqtisadi islahatlar, transmilli beynəlxalq layihələr belə bir zonanın yaradılmasını labüd edirdi. Həmin zonada bir sıra güzəştlər nəzərdə tutulub. Həmçinin oraya kənardan inzibati müdaxilələr edilməyəcək. Bu, Azərbaycan iqtisadiyyatı üçün çox önəmli məsələdir”.

Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi