Dərman vasitələrinin ekspertizası qaydası dəyişdirilir

Dərman vasitələrinin ekspertizası qaydası dəyişdirilir Dərman vasitələrinin ekspertizası qaydası dəyişdirilir.
Milli Məclis
20 İyun , 2023 12:06
Dərman vasitələrinin ekspertizası qaydası dəyişdirilir

Azərbaycanda dərman vasitələrinin ekspertizası qaydası dəyişdirilir.

"Report"un xəbərinə görə, bununla bağlı "Dərman vasitələri haqqında" qanuna yeni bəndlər əlavə edilir.

Dəyişikliklə dərman vasitələri Azərbaycanda dövlət qeydiyyatı və onların keyfiyyətinə nəzarət məqsədi ilə, Azərbaycan Respublikasının ərazisinə idxal zamanı, habelə dövlət orqanlarının və fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən ekspertizadan keçirilir. Dərman vasitələrinin dövlət qeydiyyatı, o cümlədən yenidən dövlət qeydiyyatı üçün təqdim edilmiş sənədlərin ilkin ekspertizasının müddəti 15 (on beş) iş günündən, ixtisaslaşdırılmış ekspertizasının müddəti isə 90 (doxsan) təqvim günündən çox ola bilməz.

Son xəbərlər

Orphus sistemi