Milli Məclisin deputatları AŞPA-nın yaz sessiyasında iştirak edəcəklər

Milli Məclisin deputatları AŞPA-nın yaz sessiyasında iştirak edəcəklər Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat Fransaya gedir.
Milli Məclis
5 Aprel , 2019 17:25
Milli Məclisin deputatları AŞPA-nın yaz sessiyasında iştirak edəcəklər

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat Fransaya gedir. 

Milli Məclisdən "Report"a verilən məlumata görə, onlar aprelin 7-dən 14-dək Strasburqda keçiriləcək AŞPA-nın yaz sessiyasında iştirak edəcəklər. 

Nümayəndə heyətinə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sevinc Fətəliyeva, Sahibə Qafarova, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Asim MollazadəSabir Hacıyev daxildirlər.

Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Moldovada keçirilmiş parlament seçkilərinin nəticələri, BMT-nin “2030-cu il davamlı inkişaf” proqramı çərçivəsində əməkdaşlıq, Avropa İttifaqının demokratiya, qanun və fundamental hüquqlar üzrə formalaşdırılması, siyasi liderlərin rolları və cavabdehlikləri, Assambleyanın prosedur qaydalarının dəyişdirilməsi, Mərakeş parlamenti ilə demokratiya çərçivəsində əməkdaşlıq, Cinayətkarlıq, korrupsiya və çirkli pulların yuyulmasına qarşı beynəlxalq mübarizədə yeni çağırışlar, Sosial media: ictimai mövzular və insan hüquqları üçün təhdidlər və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Sessiya çərçivəsində aprelin 9-da AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin və Azərbaycanın AŞPA yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə “Azərbaycanın işğal olunmuş ərazilərində və onlara münasibətdə qanunsuz fəaliyyətlər: Avropa Şurası qarşısında götürülmüş öhdəliklər baxımından nəticələr” mövzusunda tədbir də keçiriləcək.

Tədbirlərdə Milli Məclisin deputatları gündəlikdəki məsələlərlə bağlı çıxışlar edəcək, fikirlərini bildirəcəklər.

Son xəbərlər

Orphus sistemi