“Prezident
Bunu “Report” açıqlamasında
O bildirib ki, ictimaiyyət bu təyinatları çox yüksək dəyərləndirir: “Vəzifəyə təyin olunan şəxslər
Deputat Məlahət İbrahimqızı
"Düşünürəm ki, həmin insanlar bundan sonra da dövlətin güclənməsi naminə əllərindən gələni edəcəklər. İnanıram ki, onlar Prezident İlham Əliyevin tapşırıqlarını ləyaqətlə yerinə yetirəcəklər".
Məlahət İbrahimqızıDeputat Məlahət İbrahimqızı
Deputat bəzi müxalifyönlü qüvvələrin münasibətini də şərh edib: “Həmin insanların özləri təsadüfi kadrlardır. Onlar peşəkar dövlət idarəçiliyində zəngin təcrübələri olan insanları qiymətləndirə bilməzlər. 1992-1993-cü illərdə hakimiyyətdə səriştəsiz, qeyri-peşəkar insanlar idi. Nəticəsini də gördük. Ona görə onlar bu işləri dəyərləndirə bilməzlər. Təyinat alan şəxslərin zəngin dövlətçilik təcrübələri var”.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Vəhdət Partiyasının sədri Tahir Kərimli də kadr təyinatlarını müsbət dəyərləndirib: “Prezident İlham Əliyevin kadr dəyişiklikləri ilə bağlı sərəncamları vacib amili əks etdirir. Bu, ölkədə sabitlik və təhlükəsizlik istiqamətində atılan addımların tərkib hissəsidir. Hamımız yaxşı bilirik ki, ölkənin inkişafı sabitliklə bağlıdır. Liviyada sabitlik pozulduqdan sonra ölkənin hansı vəziyyətə düşməsinin şahidi oldunuz. Prezident İlham Əliyevin kadr dəyişikliyi ilə bağlı addımı həm də psixoloji məsələdir, çünki cəmiyyət yenilik gözləyirdi. Təbii ki, kadrlar özlərini doğruldurlarsa, onların işləməsi heç də mənfi qarşılanmamalıdır. Çünki onlar dövlətin möhkəmləndirilməsinə xidmət edirlər. Bötüvlükdə kadr dəyişikliyi – yerdəyişmələr müsbət xarakterlidir. Xalq bu yeniliyi alqışlayır”.
T.Kərimli qeyd edib ki, Azərbaycan hökumətinin əleyhdarları bu islahatları bəyənməyə bilər: “Ümumiyyətlə, minimum əməkhaqqının, pensiyanın artımından sonra əks qüvvələr şoka düşdülər, çünki onların arqumentləri əllərindən alındı. Ona görə də müəyyən bəhanələr axtarırdılar, yəni yaxşı bir əməlin içində neqativ bir şey axtarışındadırlar. Onlar heç vaxt bu islahatlarda nəsə yaxşı bir şey axtarmırlar... Məsələn, hesab edirəm ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə təyin edilən Əli Nağıyev peşəkar kadrdır, onu irəli şəkilməsi müsbət haldır.
"Xalq bu yeniliyi alqışlayır".
Tahir KərimliVəhdət Partiyasının sədri, Milli Məclisin deputatı &
Digərləri haqqında da bu sözləri demək olar. Daxili İşlər naziri vəzifəsinə təyin olunan
Deputat Aydın Hüseynov "Report"a açıqlamasında deyib ki, yeni vəzifələrə təyin olunan kadrların hər biri cəmiyyətdə nüfuzu olan şəxslərdir: "Onların peşəkarlıqları ilə yanaşı, təyin olunduqları sahələrdə böyük ximətləri və təcrübələri var.
Həmçinin bu şəxslər hər zaman dövlətə və dövlətçiliyə xidmətləri ilə seçiliblər. Onların cəmiyyətdə böyük nüfuza sahib olması, öz sahələrində peşəkarlıqları və xidmətləri ilə əlaqədar olaraq, ölkə başçısının son təyinatları cəmiyyət tərəfindən də yüksək qiymətləndirilir".
"Bu şəxslər hər zaman dövlətə və dövlətçiliyə xidmətləri ilə seçiliblər".
Aydın HüseynovДепутат Айдын Гусейнов
Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 20-də kadr dəyişiklikləri ilə bağlı bir sıra sərəncamlar imzalayıb. Belə ki,