Milli Məclisin deputatı transplantasiya ilə bağlı yeni qanun layihəsinə qarşı çıxıb

Milli Məclisin deputatı transplantasiya ilə bağlı yeni qanun layihəsinə qarşı çıxıb Bakı. 18 yanvar. REPORT.AZ/ “Azərbaycanda “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanun 1999-cu ildə qəbul olunub. Bu qanuna 2009-cu ildə Avropa ölkələri daxil olmaqla, 20-yə yaxın ölkənin ekspertləri rəy verib. Beyin ölümü kriteriyası ilə bağlı müzakirə apararaq standartlar tətbiq oluna bilər. Düşünürəm ki, bunun üçün yenidən nəyisə kəşf etməyə ehtiyac yoxdur, mexanizmi başlatmaq və tətbiq etmək lazımdır”.
Milli Məclis
18 Yanvar , 2019 16:54
Milli Məclisin deputatı transplantasiya ilə bağlı yeni qanun layihəsinə qarşı çıxıb

Bakı. 18 yanvar. REPORT.AZ/ “Azərbaycanda “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanun 1999-cu ildə qəbul olunub. Bu qanuna 2009-cu ildə Avropa ölkələri daxil olmaqla, 20-yə yaxın ölkənin ekspertləri rəy verib. Beyin ölümü kriteriyası ilə bağlı müzakirə apararaq standartlar tətbiq oluna bilər. Düşünürəm ki, bunun üçün yenidən nəyisə kəşf etməyə ehtiyac yoxdur, mexanizmi başlatmaq və tətbiq etmək lazımdır”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deputat Rəşad Mahmudov deyib.

R.Mahmudov qeyd edib ki, hazırki “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanuna əlavə və dəyişiklikləri yenidən müzakirə etmək olar.

Deputat ürək-damar xəstəklikləri ilə bağlı narahatlığını ifadə edib: “Bu xəstəliklərlə ölüm halı birinci yerdədir. İcbari tibbi sığortanın fəaliyyətə başlaması ilə bu sahədə ciddi nailiyyətlər əldə edə bilərik”.

O qeyd edib ki, dövlət hər hansı sahənin inkişafı üçün o sahəni vergidən azad edir: “Bu, səhiyyə sahəsinə qətiyyən tətbiq edilmir. Tibb müəssisələrində xidmət alan şəxslərin ödədiyi vəsaitdən əlavə dəyər vergisi tutulur. Bu da vətəndaşa təsir edir. Ona görə təklif edirəm ki, bu vergi 8 faizə endirilsin”.

Xatırladaq ki, komitə sədri Əhliman Əmiraslanov “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsinin hazırlandığını bildirib.

Son xəbərlər

Orphus sistemi