"İtaliya Azərbaycanın xarici siyasətdə bir nömrəli müttəfiqidir. Son vaxtlar Azərbaycana qarşı ciddi təhdidlər olur. Çünki bəzi dövlətlər bizim qələbəmizi həzm edə bilmir".
"Report"un xəbərinə görə, bunu Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, Qaragöl ətrafında baş verən hadisələr adi haldır: “Burada ajiotaj yaradacaq bir məsələ yoxdur. Dünən Prezident Amerika ilə münasibətlərə də ciddi şəkildə toxundu. Son vaxtlar xüsusilə Fransa Ermənistanı müdafiə etməklə istəyir ki, müəyyən prosesləri əksinə döndərsin. Hesab edirəm ki, üçtərəfli bəyanatın müddəaları uğurla yerinə yetirilir”.
“Ölkə rəhbərliyi və Milli Məclis səviyyəsində xeyli iş aparılır. Təklif edirəm ki, Milli Məclisdə Fransa ilə bağlı parlamentdə xüsusi iclas keçirilsin”.
"Report"un xəbərinə görə, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, həmin iclas zamanı vacib sənəd qəbul edilsin.