Deputat: "Fransa düşmən dövlət elan edilməlidir"

Deputat: "Fransa düşmən dövlət elan edilməlidir" “Milli Məclisin Fransa Senatının qəbul etdiyi qətnaməyə qarşı hazırladığımız bəyanat ciddi olmalı və güzəştə gedilməməlidir”.
Milli Məclis
16 Noyabr , 2022 15:42
Deputat: Fransa düşmən dövlət elan edilməlidir
Tahir Kərimli

“Fransa düşmən dövlət elan edilməlidir”.

“Report” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Tahir Kərimli parlamentin noyabrın 16-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.

“Milli Məclisin Fransa Senatının qəbul etdiyi qətnaməyə qarşı hazırladığımız bəyanat ciddi olmalı və güzəştə gedilməməlidir” - deputat vurğulayıb.

O qeyd edib ki, fransızlar tarix boyu çoxlu qan töküb:

“Düşmən necə olur?! Hesab edirəm ki, Fransa əsl düşməndir. Ona görə də Fransa düşmən dövlət elan edilməlidir.

Düşmənçiliyin bundan artıq səviyyəsi olmaz. 1500 il bundan dünyanın əksər dövlətləri dünya üzərində yox idi. Bu nə ağıldır? Yalnız bir səbəb var ki, türk və müsəlmanlara qarşı ciddi nifrət var. Təklif edirəm ki, təcili şəkildə Fransada olan səfirimiz məsləhətləşmələr üçün bağlı geri çağırılsın. Azərbaycandakı Fransa səfirliyi, bütün diplomatik korpus hamısı bizə lazım deyil. Onların şirkətləri belə halda bizə lazım deyil.

Bu andan dövlətimiz ətrafında milli birlik yaratmaq lazımdır. Özünü demokratik elan edən Fransa bizlərə zülm edir. Ayıq olmalıyıq və vahid mövqedən çıxış etməliyik. Biz nə qədər ki, Fransanın məkrli planlarına qarşı çıxanlarla diplomatik və digər əlaqələri gücləndirməliyik. Tək öz qüvvəmizə inanıb düşməni zəif bilməməliyik. Düşmən astanamızdadır. Xalq bilməlidir ki, hər an başımıza iş gələ bilər”.

Son xəbərlər

Orphus sistemi