“Bütün terroru, xüsusilə də erməni terrorunu qətiyyətlə pisləyirik. Çünki dinc əhaliyə qarşı törədilən hadisələr bütün bəşəriyyətə qarşı cinayətdir. Cinayətkarların da tezliklə tutulmasına və beynəlxalq aləmdə məhkəmə qarşısına çıxarılmasını təmin etməliyik”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Deputatın sözlərinə görə Avropadakı bəzi nümayəndələr ermənipərəst mövqe tutub öz arzularını Azərbaycana şər atmaqla bildirirlər:
“Xocalı, Edilli faciəsi, eləcə də iki il bundan əvvəl Gəncənin dinc sakinlərinin raket atəşinə tutulması terror deyil, nədir?! Ermənilər daha nə etməlidir ki, Ermənistan Avropada terror dövləti kimi tanınsın?!”