“Bütün dünya COVID-19 pandemiyası ilə üzləşib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə COVID-19 pandemiyasının qarşısının alınması məqsədilə çox ciddi işlər aparılır. Bütün vətəndaşlarımız da COVID-19-la mübarizədə birləşib. Bu sahədə ağır məsuliyyət bizim hüquq-mühafizə orqanlarının üzərinə düşür”.
“Report”un xəbərinə görə, bunu Baş prokuror Kamran Əliyev “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” parlamentə göndərdiyi təqdimatı deputatların diqqətinə çatdıran zaman deyib.
“Təəssüflər olsun ki, Milli Məclisin deputatı 29 iyulda qohumuna məxsus kafeyə gəlib və ondan sonra isə hadisə baş verib. Artıq cinayət işi başlanılıb. Polis zabiti dərhal hadisə ilə bağlı rəhbərliyinə məlumat verib. Tərəfimizdən ilkin araşdırma aparılan zaman fakta görə cinayət işinin başlanması üçün kifayət qədər əsaslar olub”, - o vurğulayıb.