Bahar Muradova TÜRKAP-ın nümayəndələri ilə görüşüb

Bahar Muradova TÜRKAP-ın nümayəndələri ilə görüşüb Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisi (MM) sədrinin müavini Bahar Muradova Bakıda səfərdə olan Türk Dünyası Qadın Platformasının (TÜRKAP) nümayəndələri ilə görüşüb.
Milli Məclis
29 Noyabr , 2018 20:09
Bahar Muradova TÜRKAP-ın nümayəndələri ilə görüşüb

Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisi (MM) sədrinin müavini Bahar Muradova Bakıda səfərdə olan Türk Dünyası Qadın Platformasının (TÜRKAP) nümayəndələri ilə görüşüb.

"Report"un xəbərinə görə, MM-də keçirilən görüşdə B.Muradova Türkiyə ilə bütün sahələrdə münasibətlərin Azərbaycan üçün böyük önəm kəsb etdiyini bildirib.

O, Türkiyə və Azərbaycan parlamentləri arasında münasibətlərin yüksək səviyyədə olduğunu, iki ölkə arasındakı münasibətlərin bütün dünyaya nümunə göstərildiyini vurğulayıb.

MM sədrinin müavini Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Şimali Kiprin təşəbbüsü və təşkilatçılığı ilə yaranan bu təşkilatın müqəddəs amallar uğrunda fəaliyyət göstərəcəyindən məmnun olduğunu bildirib.

Deputat təşkilatın qarşısına qoyduğu hədəflərin ortaq siyasi-mədəni tədbirlərin təşkili, qadınların fəaliyyətinin sərhədlərinin genişləndirilməsi, türk dünyası qadınları arasında dialoq və tarixi qardaşlıq bağlarının gücləndirilməsi olduğunu qeyd edib.

TURKAP nümayəndə heyətinin rəhbəri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı Mihrimah Belma Satır bu ilin sentyabrında İstanbulda təsis olunan təşkilatın gələcək fəaliyyətindən, qarşıya qoyulan hədəflərə doğru irəliləmək yolunda atılan addımlardan danışıb. O bildirib ki, bu ilin dekabrında İstanbulda təşkilatın üzvü olan 200 qadının iştirakı ilə qurumun beynəlxalq forumu keçiriləcək.

Görüşdə iştirak edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, deputatlar - Sahibə Qafarova, Sevinc Fətəliyeva, Kamilə Əliyeva, Jalə Əliyeva, TBMM deputatı Rəsmiyyə Çanaltay, Hesablama Palatasının auditoru Mehriban Alışanova, TURKAP təşkilatının qurucusu Zait Nahmatov, filoloq-alim Şərəf Cəlilli və başqaları təşkilatın fəaliyyətinin türk dünyası üçün çox əhəmiyyətli olacağını bildirib, nəzərdə tutulan layihələrin qadınların və cəmiyyətin inkişafına xidmət edəcəyini qeyd ediblər.

Son xəbərlər

Orphus sistemi