Bahar Muradova: "Beynəlxalq təşkilatlarda hesabatlar verən qurumlar həmin hesabatları əvvəlcə Milli Məclisə təqdim etsin"

Bahar Muradova: "Beynəlxalq təşkilatlarda hesabatlar verən qurumlar həmin hesabatları əvvəlcə Milli Məclisə təqdim etsin" “Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində adımlar atılır. Bu istiqamətdə atılan addımlarla bağlı Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatında geniş məlumat verilib”.
Milli Məclis
15 Mart , 2019 17:32
Bahar Muradova: Beynəlxalq təşkilatlarda hesabatlar verən qurumlar həmin hesabatları əvvəlcə Milli Məclisə təqdim etsin
Milli Məclisinin sədr müavini Bahar Muradova / Report/ Elchin Murad

“Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində adımlar atılır. Bu istiqamətdə atılan addımlarla bağlı Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatında geniş məlumat verilib”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı parlament sədrinin müavini Bahar Muradova deyib.

“Biz dünya ictimaiyyətinin Azərbaycan ətrafında şəbəkələşməsinə və dəstək verməsinə nail olmalıyıq. Azərbaycanın bir sıra qurumları beynəlxalq təşkilatlarda hesabatlar verirlər. Təklif edirəm ki, o hesabatlar əvvəlcə Milli Məclisə təqdim edilsin, müzakirə edək. Çünki bəzi məsələlərdə fikirlərimiz üst-üstə düşmür. Ümid edirəm, hökumət bu təklifimi nəzərə alacaq”, - deyə B.Muradova qeyd edib.

O vurğulayıb ki, 2018-ci il Azərbaycan xalqının həyatında əlamətdar il olub.

Son xəbərlər

Orphus sistemi