Azərbaycanda antibiotiklərin reseptlə satılması təklif olunur
Milli Məclis
- 20 iyun, 2023
- 08:44
Azərbaycanda antibiotiklərin reseptlə satılması təklif olunur.
“Report” xəbər verir ki, bu təkliflə Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Kamilə Əliyeva çıxış edib.
O xatırladıb ki, bu gün ölkədə antibiotiklər reseptsiz satılır: “Mətbuatda hətta reklamları gedir, bu da ciddi problemlərə səbəb olur. Ona görə də antibiotiklər reseptlə satılmalıdır. Dünya ölkələrinin də bununla bağlı təcrübəsi var”.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə deyib ki, antibiotiklərin apteklərdə reseptsiz satılmasına ciddi nəzarət olmalıdır: "Antibiotiklər apteklərdə reseptlə satılmalıdır. Bu məsələyə ciddi nəzarət olunmalıdır. Çünki antibiotiklərin reseptsiz satılması təhlükəli ağırlaşmalara səbəb ola bilər”.
Son xəbərlər
09:29
Azərbaycanda pul bazası ötən il 7 %-dən çox artıb
Maliyyə09:28
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları ötən il 5 % artıb
Maliyyə09:25
Bakıda avtomobil asfaltda sərxoş vəziyyətdə uzanan 23 yaşlı gənci vuraraq öldürüb
Hadisə09:20
Bəzi ərazilərdə dumanlı hava müşahidə olunur
Ekologiya09:18
Ötən il 46 nəfər zəhərlənmədən ölüb
Sağlamlıq09:09
Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq
Energetika09:06
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (07.01.2026)
Maliyyə09:00
Çelenc Kuboku: Azərbaycan klubu 1/16 final mərhələsinin cavab oyununa çıxacaq
Komanda08:57