Azərbaycan və Mərakeş parlamentləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Azərbaycan və Mərakeş parlamentləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib Azərbaycan və Mərakeş parlamentləri arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Milli Məclis
2 Oktyabr , 2023 18:10
Azərbaycan və Mərakeş parlamentləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Azərbaycan və Mərakeş parlamentləri arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Bu barədə "Report"a Milli Məclisdən bildirilib.

Belə ki, Milli Məclisin Mərakeşlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri İmamverdi İsmayılov Mərakeş parlamentinin Mərakeş-Azərbaycan dostluq qrupunun rəhbəri Abderrazak Ahluş ilə görüşüb.

İ.İsmayılov bu yaxınlarda Mərakeşdə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı dərin kədərini bölüşüb və zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıb.

İki ölkə arasında münasibətlərdən söz açan İ.İsmayılov Azərbaycan ilə Mərakeş arasında həm ikitərəfli əsasda, həm də beynəlxalq təsisatlarda münasibətlərin uğurla inkişaf etməsindən danışıb. O, qonağı Azərbaycanın öz torpaqlarını Ermənistanın işğalından azad etməsi, işğalın acı nəticələri və onların aradan qaldırılması yönündə aparılan işlər barədə məlumatlandırıb. Bildirilib ki, Azərbaycan Ermənistana sülh sazişinin imzalanması barədə təklif verib, işğaldan azad edilmiş ərazilərdə artıq reinteqrasiya tədbirləri həyata keçirilir.

Milli Məclisin Mərakeşlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Mahir Abbaszadə parlamentlərarası əlaqələrin ölkələrimiz arasında münasibətlərin inkişafına müsbət təsirindən danışıb, bu istiqamətdə dostluq qruplarının əməkdaşlığının, parlamentarilərimizin beynəlxalq təşkilatlarda birgə fəaliyyətinin əhəmiyyətini vurğulayıb.

Mərakeş parlamentinin Mərakeş-Azərbaycan dostluq qrupunun rəhbəri Abderrazak Ahluş Azərbaycanı ərazi bütövlüyünün bərpası ilə nəticələnən qələbəsinə görə təbrik edib, işğalın nəticələrinin aradan qaldırılması üçün aparılan genişmiqyaslı yenidənqurma işlərində uğurlar diləyib. Qonaq parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi perspektivləri ilə bağlı fikirlərini bölüşüb.

Son xəbərlər

Orphus sistemi