Bakı. 14 noyabr. REPORT.AZ/
Bu barədə "Report"a MM-in Mətbuat xidmətindən məlumat verilib.
Millət vəkili Ukrayna Parlamentində keçiriləcək “Qlobal təşəbbüsləri dəstəkləyən parlamentarilər” təşkilatının 40-cı illik forumunda və Beynəlxalq Cinayət Məhkəməsi və Qanunun aliliyinə dair Parlamentarilərin 10-cu Konsultativ Assambleyasında iştirak edəcək.
Tədbirlərdə qanunvericilik və məhkəmə sistemi sahəsində hazırkı vəziyyət və gələcək islahatlarla bağlı Roma Statutunun rolu, həmçinin müharibə cinayətlərinin milli və beynəlxalq səviyyədə qarşısının alınması, bu məsələlərdə Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasının artırılması imkanları müzakirə olunacaq.
Azay Quliyev “Beynəlxalq qanunun aliliyinin təmin olunması istiqamətində addımların atılması: Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun universal ratifikasiyası üçün çağırışlar və imkanlar” mövzusuna həsr edilmiş paneldə Roma Statutu ilə bağlı çıxış edəcək.
Səfər noyabrın 18-də başa çatacaq.