Adil Əliyev: “Azərbaycan dövlətini çökdürmək üçün xain insanlar ortaya çıxarılır”

Adil Əliyev: “Azərbaycan dövlətini çökdürmək üçün xain insanlar ortaya çıxarılır” Bakı. 11 iyul. REPORT.AZ/ “Gəncədə baş verənlər bizi narahat edir. Bu gün Azərbaycan dövlətini çökdürmək üçün bu cür xain insanlar ortaya çıxarılır və peşkəş kimi istifadə olunurlar. Onların nə milləti, nə də dini var”.
Milli Məclis
11 İyul , 2018 17:16
Adil Əliyev: “Azərbaycan dövlətini çökdürmək üçün xain insanlar ortaya çıxarılır”

Bakı. 11 iyul. REPORT.AZ/ “Gəncədə baş verənlər bizi narahat edir. Bu gün Azərbaycan dövlətini çökdürmək üçün bu cür xain insanlar ortaya çıxarılır və peşkəş kimi istifadə olunurlar. Onların nə milləti, nə də dini var”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Adil Əliyev deyib.

Deputat qeyd edib ki, həmin insanları dövlətçiliyə qarşı çıxmaq və xain planı icra etmək marağı birləşdirir: “Neçə gündür ki, sosial şəbəkələrdə Gəncə sakinlərini təxribata çəkmək üçün təbliğat aparılırdı. Hay-küylü təbliğat puç oldu. Gəncəlilər onlara dəstək vermədi. Gəncəlilər həmişə dövlətçiliyin yanında olublar. Gəncə tarixi bir diyarımızdır. Azərbaycan Xalq Cümhuriyyəti öz tarixi mövqeylərini bərpa etmək üçün Gəncədən başladı. Çünki Gəncə həmişə milli məfkurənin, millli ideologiyanın mərkəzi olub. Nizami Gəncəvinin, Cavadxanın və başqa qəhrəmanların yurdu olan Gəncədə radikal qüvvələrə yer yoxdur və onların sosial baza qazanması mümkün deyil. Bunu baş verən hadisələr bir daha təsdiqlədi. Həlak olan polislərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirəm”.

Qeyd edək ki, Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə yaydığı məlumata görə, ötən gün 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər.

Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami rayon Polis idarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

Fakt üzrə Baş Prokurorluqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.7, 220.1, 221.3 və 228.4, 315.2-ci maddələri ilə cinayət işi başlanılıb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə həmin qanlı cinayəti törətməkdə şübhəli bilinən iki nəfər - Gəncə şəhər sakinləri 1988-ci il təvəllüdlü, əvvəllər qəsdən adam öldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və 1988-ci il təvəllüdlü Fərrux Xəqani oğlu Qasımov müəyyən edilib və onların tutulması üçün hüquq-mühafizə orqanları tərəfindən intensiv iş aparılır.

Son xəbərlər

Orphus sistemi