Yuxarı

Nuşirəvan Məhərrəmli: “Telekanallarda ödənişli efir vaxtı qanunvericiliyə uyğun ayrılmalıdır”

“Pozuntu aşkarlanarsa, tədbir görüləcək”

Bakı. 31 avqust. REPORT.AZ/ “Medianın rolu gündən-günə artır. Bu baxımdan, referendumda medianın üzərinə ciddi məsuliyyət düşür”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Bakıda keçirilən “Referendumqabağı təşviqat prosesində kütləvi informasiya vasitələrinin rolu və vəzifələri” mövzusunda seminar-müşavirədə deyib.

O qeyd edib ki, referendumda medianın rolu seçki məcəlləsində aydın şəkildə göstərilib: “Düşünürəm ki, media burada tərəflərə bərabər şərait yaratmalıdır. Azərbaycanda fikir və söz azadlığı tam təmin olunur. Bu baxımdan medianın fəaliyyəti üçün əlverişli şərait var”.

N.Məhərrəmli bildirib ki, Azərbaycanda telekanallarda ödənişli efir vaxtı reklamla bağlı qanunvericiliyə uyğun ayrılmalıdır: “İndiyədək bu məsələdə ciddi problemlə rastlaşmamışıq. Təbii ki, keçiriləcək ümumxalq səsverməsində təşviqat prosesində ödənişli əsaslarla efirlə bağlı pozuntu aşkarlanarsa, tədbir görüləcək”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi