Yuxarı

MTRŞ uşaq verilişlərinin vəziyyətini müzakirə edəcək

Qafar Cəbiyev: Yaxın günlərdə telekanalların uşaq verilişləri redaksiyalarının rəhbərləri şuraya dəvət olunacaq

Bakı. 12 oktyabr. REPORT.AZ/ Milli Televiziya və Radio Şurası (MTRŞ) Azərbaycanda fəaliyyət göstərən televiziya kanallarında uşaq verilişlərinin vəziyyətini müzakirə edəcək.

Bu barədə "Report"a MTRŞ sədrinin müavini Qafar Cəbiyev məlumat verib.

O bildirib ki, yaxın günlərdə telekanalların uşaq verilişləri redaksiyalarının rəhbərləri şuraya dəvət olunacaq və birgə müzakirələr aparılacaq: "Müzakirələrə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri və psixoloqlar da dəvət oluncaq. Məqsəd uşaq verilişlərinin vəziyyətini dəyərləndirmək, problemlərin həlli yollarını müəyyənləşdirməkdir". 

Q.Cəbiyev deyib ki, bəzən telekanallarda uşaqların reklamlara çəkilməsi hallarına rast gəlinir. O, uşaqların verilişlərdə iştirakı sahəsində də problemlərin olduğunu bildirib.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi