MTRŞ uşaq verilişlərinin vəziyyətini müzakirə edəcək

MTRŞ uşaq verilişlərinin vəziyyətini müzakirə edəcək Qafar Cəbiyev: "Yaxın günlərdə telekanalların uşaq verilişləri redaksiyalarının rəhbərləri şuraya dəvət olunacaq"
Media
12 Oktyabr , 2015 17:42
MTRŞ uşaq verilişlərinin vəziyyətini müzakirə edəcək

Bakı. 12 oktyabr. REPORT.AZ/ Milli Televiziya və Radio Şurası (MTRŞ) Azərbaycanda fəaliyyət göstərən televiziya kanallarında uşaq verilişlərinin vəziyyətini müzakirə edəcək.

Bu barədə "Report"a MTRŞ sədrinin müavini Qafar Cəbiyev məlumat verib.

O bildirib ki, yaxın günlərdə telekanalların uşaq verilişləri redaksiyalarının rəhbərləri şuraya dəvət olunacaq və birgə müzakirələr aparılacaq: "Müzakirələrə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri və psixoloqlar da dəvət oluncaq. Məqsəd uşaq verilişlərinin vəziyyətini dəyərləndirmək, problemlərin həlli yollarını müəyyənləşdirməkdir". 

Q.Cəbiyev deyib ki, bəzən telekanallarda uşaqların reklamlara çəkilməsi hallarına rast gəlinir. O, uşaqların verilişlərdə iştirakı sahəsində də problemlərin olduğunu bildirib.  

Son xəbərlər

Orphus sistemi