Yuxarı

MTRŞ qərarının icrasını müvəqqəti dayandırıb, "Hesabat" verilişinin yayımı bərpa olunub

Nuşirəvan Məhərrəmli: Kanal rəhbərliyinin səmimi etirafını nəzərə aldıq və Hesabat verilişinin yayımının bərpa olunması haqda qərar qəbul etdik

Bakı. 23 yanvar. REPORT.AZ/ Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS-də yayımlanan "Hesabat" verilişinin efirə getməsinin dayandırılması haqda qərarının icrasını müvəqqəti dayandırıb və verilişin yayımını bərpa edib. 

"Report" xəbər verir ki, bunu yanvarın 23-də keçirdiyi mətbuat konfransında MTRŞ-nın sədri Nuşirəvan Məhərrəmli deyib. 

O bildirib ki, ANS-lə bağlı qərarın icrasını müvəqqəti dayandırıblar və "Hesabat" verilişinin yayımını bərpa ediblər: "Kanal rəhbərliyinin səmimi etirafını nəzərə aldıq və "Hesabat" verilişinin yayımının bərpa olunması haqda qərar qəbul etdik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi