MTRŞ qərarının icrasını müvəqqəti dayandırıb, "Hesabat" verilişinin yayımı bərpa olunub

MTRŞ qərarının icrasını müvəqqəti dayandırıb, "Hesabat" verilişinin yayımı bərpa olunub Nuşirəvan Məhərrəmli: "Kanal rəhbərliyinin səmimi etirafını nəzərə aldıq və "Hesabat" verilişinin yayımının bərpa olunması haqda qərar qəbul etdik"
Media
163
23 Yanvar , 2016 12:35
MTRŞ qərarının icrasını müvəqqəti dayandırıb, Hesabat verilişinin yayımı bərpa olunub

Bakı. 23 yanvar. REPORT.AZ/ Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS-də yayımlanan "Hesabat" verilişinin efirə getməsinin dayandırılması haqda qərarının icrasını müvəqqəti dayandırıb və verilişin yayımını bərpa edib. 

"Report" xəbər verir ki, bunu yanvarın 23-də keçirdiyi mətbuat konfransında MTRŞ-nın sədri Nuşirəvan Məhərrəmli deyib. 

O bildirib ki, ANS-lə bağlı qərarın icrasını müvəqqəti dayandırıblar və "Hesabat" verilişinin yayımını bərpa ediblər: "Kanal rəhbərliyinin səmimi etirafını nəzərə aldıq və "Hesabat" verilişinin yayımının bərpa olunması haqda qərar qəbul etdik".

Son xəbərlər

Orphus sistemi