Mədət Quliyev: "Son illər reket jurnalistika ilə məşğul olanların sayı çoxalıb"

Mədət Quliyev: "Son illər reket jurnalistika ilə məşğul olanların sayı çoxalıb" "Vaxtaşırı şəkildə onların qarşısı alınır"
Media
24 Sentyabr , 2017 13:09
Mədət Quliyev: Son illər reket jurnalistika ilə məşğul olanların sayı çoxalıb
Foto: Report.az

Bakı. 24 sentyabr. REPORT.AZ/ Azərbaycanda son 5-6 il ərzində reket jurnalistika ilə məşğul olan insanların sayı çoxalıb.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev deyib.

"Reket jurnalistika ilə məşğul olanların sayı və nə işlərlə məşğul olduğunu hamı bilir. Son 5-6 ildə bu kimi insanların sayı çoxalıb. Təbii ki, vaxtaşırı şəkildə onların qarşısı alınır", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi