Yuxarı
    Bağlamaq

    ​"Exo Moskva"ya yeni direktor seçilib

    Ona səhmdarların iclasında iştirak edənlərin 67%-i səs verib

    Bakı. 15 iyun. REPORT.AZ/ Yekaterina Pavlova "Exo Moskva" radiostansiyasının yeni baş direktoru seçilib.

    "Report" xəbər verir ki, bu haqda radiostansiyanın baş redaktorunun müavini Vladimir Varfolomeyev Twitter səhifəsində yazıb.

    Y Pavlovaya səhmdarların iclasında iştirak edənlərin 67%-i səs verib. Yeni baş direktorun səlahiyyət müddəti 3 ildir.

    Yeni direktor 2014-cü ilin fevral-dekabr aylarında bu vəzifəni daşıyıb. Həmin vaxt Y.Pavlova 20 il radiostansiyaya rəhbərlik etmiş Yuri Fedutinovu əvəzləmişdi.

    Qeyd edək ki, "Exo Moskva" "Qazprom-media"ya məxsusudr. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi