"Report"un məlumatına görə, konfransda ədəbi dil normalarını pozan telekanalların adları açıqlanıb. Bildirilib ki, ədəbi dilin normasından yayınma əks etdirən 509 nümunə tədqiqata cəlb olunub. Bunlardan 91 (17%) Xəzər TV-də, 56-sı (11%) İctimai TV-də, 89-u (17%) Space TV-də, 97-si (19%) ANSTV-də, 90 (17%) Lider TV-də, 85-i (16%) isə ATV-də müşahidə olunub.
Azərbaycan telekanallarında ədəbi dilin normasından yayınma faktları açıqlanıb
Media
25 Noyabr , 2014
12:45
https://static.report.az/photo/740b0232-9f04-49ad-8ae7-1cb9010822c7.jpg
Bakı. 25 noyabr. REPORT.AZ/ Bu gün Milli Televiziya və Radio Şurası və Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik insititutunun mütəxəsissləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində 2014-cü ilin sentyabr-oktyabr aylarında aparılmış monitorinqlərin nəticələri açıqlanıb.