Azərbaycan telekanallarında ədəbi dilin normasından yayınma faktları açıqlanıb

Azərbaycan telekanallarında ədəbi dilin normasından yayınma faktları açıqlanıb Sentyabr-oktyabr aylarında aparılmış monitorinqlərin nəticələri açıqlanıb
Media
25 Noyabr , 2014 12:45
Azərbaycan telekanallarında ədəbi dilin normasından yayınma faktları açıqlanıb
Bakı. 25 noyabr. REPORT.AZ/ Bu gün Milli Televiziya və Radio Şurası və Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik insititutunun mütəxəsissləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində 2014-cü ilin sentyabr-oktyabr aylarında aparılmış monitorinqlərin nəticələri açıqlanıb.

"Report"un məlumatına görə, konfransda ədəbi dil normalarını pozan telekanalların adları açıqlanıb. Bildirilib ki, ədəbi dilin normasından yayınma əks etdirən 509 nümunə tədqiqata cəlb olunub. Bunlardan 91 (17%) Xəzər TV-də, 56-sı (11%) İctimai TV-də, 89-u (17%) Space TV-də, 97-si (19%) ANSTV-də, 90 (17%) Lider TV-də, 85-i (16%) isə ATV-də müşahidə olunub.

Son xəbərlər

Orphus sistemi