UNESCO jurnalistlərin işləməsi üçün dünyada ən təhlükəli regionların adlarını açıqlayıb

UNESCO jurnalistlərin işləməsi üçün dünyada ən təhlükəli regionların adlarını açıqlayıb Jurnalistlər üçün ən təhlükəli il 2012-ci il olub
Media
107
22 Noyabr , 2014 13:00
UNESCO jurnalistlərin işləməsi üçün dünyada ən təhlükəli regionların adlarını açıqlayıb

Bakı. 22 noyabr. REPORT.AZ/ Jurnalistlər üçün ən təhlükəli region Ərəb ölkələri olub. Dünyada öldürülən müxbirlərin üçdə bir hissəsi bu regionun payına düşür. "Report" xəbər verir ki, bu barədə UNESCO rəhbəri İrina Bokovanın Kommunikasiya inkişafı məsələləri üzrə Hökumətlərarası Şuraya təqdim olunmuş məruzəsində deyilir. 

Jurnalistlər üçün ən təhlükəli il 2012-ci il olub. Həmin il 123 jurnalist öldürülüb. Onlardan 42 nəfəri Suriyada həlak olub. 2013-cü ildə bu rəqəmin 91-ə enməsinə baxmayaraq, UNESCO-da jurnalistlərin ölüm statistikasının aparıldığı dövrdən ikinci böyük göstəricidir. 

UNESCO-ya görə, "qələm adamlarının" ölüm hadisələrinin böyük əksəriyyəti cəzasız qalır. Təşkilatın təklifi ilə dövlətlər bu qətllərin araşdırma nəticələri haqqında məlumatları könüllü şəkildə baş katibə təqdim edirlər. 
2012-ci ildə UNESCO-da Jurnalistlərin Müdafiəsi üzrə Plan qəbul olunub. Həmin Plan sonradan BMT Baş Assambleyası tərəfindən təsdiq edilib. 

Son xəbərlər

Orphus sistemi