Bakıda ümummilli lider Heydər Əliyevə həsr edilmiş foto-sərginin açılışı olub

Bakıda ümummilli lider Heydər Əliyevə həsr edilmiş foto-sərginin açılışı olub Əli Həsənov: "Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində özünə əbədi yer tutub"
Media
100
11 Dekabr , 2014 16:16
Bakıda ümummilli lider Heydər Əliyevə həsr edilmiş foto-sərginin açılışı olub

Bakı. 11 dekabr. REPORT.AZ/ Bakıda Türkiyənin "Anadolu" agentliyi, Yunus Əmrə Türk Kültür Mərkəzi və Azərbaycan Dövlət Teleqraf Agentliyi ("AzərTac") ümummilli lider Heydər Əliyevin vəfatının 11-ci ildönümü münasibətilə foto-sərgi təşkil edib.

“Report”un məlumatına görə, sərgidə Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, "AzərTac"ın baş direktoru Aslan Aslanov, TRT-nin baş direktoru Şenol Göka, Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndəsi Meral Barlas iştirak edib

Sərginin açılışında çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov sərgisinin təşkilatçılarına minnətdarlığını bildirib. O deyib ki, Heydər Əliyevin ideyaları, həyata keçirdiyi siyasət uğurla davam etdirilir: “Bu gün yaşadığımız və fəaliyyət göstərdiyimiz müstəqil Azərbaycan dövləti ulu öndərin ideyalarının əbədiliyini nümayiş etdirir. Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində özünə əbədi yer tutub. Biz yaşadıqca, Azərbaycan xalqı yaşadıqca, bu yer bizim qəlbimizdə əbədi yaşayacaq”.

TRT-nin baş direktoru Şenol Göka, Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndəsi Meral Barlas çıxışlarında Heydər Əliyevin gördüyü işlərdən danışıblar. Onlar Azərbaycan və Türkiyə arasında əməkdaşlığın möhkəmləndirilməsində Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayıblar.

Sonda Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan fotolar nümayiş olunub.

Son xəbərlər

Orphus sistemi