Televiziya və radio sahəsində xidmətlərinə görə üç nəfərə Prezident təqaüdü təyin olunub

Televiziya və radio sahəsində xidmətlərinə görə üç nəfərə Prezident təqaüdü təyin olunub Daha 6 nəfər isə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilib
Media
7 Noyabr , 2016 17:31
Televiziya və radio sahəsində xidmətlərinə görə üç nəfərə Prezident təqaüdü təyin olunub

Bakı. 7 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sənədə əsasən, Azərbaycanda televiziya və radio sahəsində xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib:

Hüseynova Şərqiyyə Qurban qızı

Məmmədov Seyavuş Əliəkbər oğlu

Mirzəyev Ramiz Həsən oğlu

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasında televiziya və radio sahəsində xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər:

Ələkbərova Səlminə Nəcəf qızı

Gözəlova Günel Salam qızı

Məmmədova Elnarə Vaqif qızı

Məmmədova Mehriban İbiş qızı

Ocaqverdiyev Rauf Fikrət oğlu

Rüstəmova Şəfəq Rüstəm qızı

Son xəbərlər

Orphus sistemi