BMT-nin Baş katibi: "Son üç ildə dünyada mindən çox hüquq müdafiəçisi və jurnalist öldürülüb"

BMT-nin Baş katibi: "Son üç ildə dünyada mindən çox hüquq müdafiəçisi və jurnalist öldürülüb" Bakı. 25 fevral. REPORT.AZ/ Son üç il ərzində dünyada mindən çox hüquq müdafiəçisi və jurnalist öldürülüb.
Media
25 Fevral , 2019 13:52
BMT-nin Baş katibi: Son üç ildə dünyada mindən çox hüquq müdafiəçisi və jurnalist öldürülüb

Bakı. 25 fevral. REPORT.AZ/ "Son üç il ərzində dünyada mindən çox hüquq müdafiəçisi və jurnalist öldürülüb".

“Report” TASS-a istinadən xəbər verir ki, bunu BMT İnsan Hüquqları Şurasının Cenevrədəki 40-cı sessiyasının açılışında bu təşkilatın Baş katibi Antonio Qutierreş bildirib.

O, hüquq müdafiəçi və jurnalistləri təzyiqlərdən qorumaq, təqsirkarları məsuliyyətə cəlb etmək üçün daha çox iş görməyin vacibliyini dilə gətirib.

BMT-nin Baş katibi həmçinin sosial şəbəkələrdə yəhudi və müsəlman düşmənçiliyi da daxil olmaqla irqçilik, dözümsüzlük hallarının geniş vüsət almasından narahatlığını ifadə edib.

Son xəbərlər

Orphus sistemi