“Şirməmməd Hüseynov mükafatı” Ramiz Abutalıbovun ailəsinə təqdim edilib

“Şirməmməd Hüseynov mükafatı” Ramiz Abutalıbovun ailəsinə təqdim edilib Tanınmış diplomat, ictimai xadim, araşdırmaçı alim, diaspor fəalı, mərhum Ramiz Abutalıbovun Moskvada yaşayan qızı Sevil Abutalıbova və nəvəsi Cavada Parlament Jurnalistləri Birliyi (PJB) tərəfindən təsis edilən “Şirməmməd Hüseynov mükafatı” təqdim olunub
Media
13 Yanvar , 2022 17:30
“Şirməmməd Hüseynov mükafatı” Ramiz Abutalıbovun ailəsinə təqdim edilib

Tanınmış diplomat, ictimai xadim, araşdırmaçı alim, diaspor fəalı, mərhum Ramiz Abutalıbovun Moskvada yaşayan qızı Sevil Abutalıbova və nəvəsi Cavada Parlament Jurnalistləri Birliyi (PJB) tərəfindən təsis edilən “Şirməmməd Hüseynov mükafatı” təqdim olunub.

"Report"un məlumatına görə, təqdimat mərasimində PJB sədri Elşad Eyvazlı, Birliyin sədr müavini, “Şirməmməd Hüseynov mükafatı”nın Ekspert Komissiyasının sədri Elşad Paşasoy, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibi, şair Nəsib Nəbioğlu və Şirməmməd Hüseynovun həyat yoldaşı, “Elm və həyat” jurnalının redaktor müavini Ülkər Hüseynova iştirak edib.

Qeyd edək ki, “Şirməmməd Hüseynov mükafatı” ilə bağlı qərarı Parlament Jurnalistləri Birliyinin İdarə Heyəti 12 noyabr 2019-cu il tarixində qəbul edib. Əsasnamədə qeyd olunur ki, “Şirməmməd Hüseynov mükafatı”nın məqsədi jurnalistika sahəsində xidmətləri olan şəxslərin fəaliyyətini dəyərləndirmək, jurnalistikanın cəmiyyət həyatındakı rolunun artırılmasını stimullaşdırmaqdan ibarətdir.

“Şirməmməd Hüseynov mükafatı” fəaliyyəti və yaradıcılığı ilə jurnalistikanın inkişafında yüksək xidmətləri olmuş, jurnalistikanın tədrisi sahəsində mühüm nailiyyətlər əldə etmiş şəxslərə, peşə prinsiplərinə riayət etməsi ilə fərqlənən jurnalistlərə, ziyalılara verilir.

Son xəbərlər

Orphus sistemi